Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Nazir müavini Elnur Məmmədovun Koreya Respublikasının Milli Assambleyasının üzvü və Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri So Byonq Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünə dair mətbuat məlumatı

Nazir müavini Elnur Məmmədovun Koreya Respublikasının Milli Assambleyasının üzvü və Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri So Byonq Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
22.04.2023
A+
A-

 

 

 

 

No:219/23, Nazir müavini Elnur Məmmədovun Koreya Respublikasının Milli Assambleyasının üzvü və Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri So Byonq Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşünə dair mətbuat məlumatı

20 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə Koreya Respublikasının Milli Assambleyasının üzvü və Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri So Byonq Sunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Görüş zamanı nazir müavini Elnur Məmmədov 2022-ci ilin mart ayında Azərbaycan-Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin təşkil olunmasını və iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktublarının mübadiləsinin həyata keçirilməsini məmnunluqla qeyd edib.

 

E.Məmmədov Azərbaycan və Koreya arasında yüksək səviyyəli münasibətlərin dinamikasını qeyd edərək, Azərbaycan-Koreya ikitərəfli əməkdaşlıq istiqamətləri və mexanizmlərinin əhəmiyyətini diqqətə çatdırıb. Bu xüsusda, 2022-ci ilin iyul ayında Koreyada keçirilmiş iki ölkənin XİN-lərarası siyasi məsləhətləşmələri və digər ikitərəfli görüşlər məmnunluqla xatırlanıb.

 

Görüş zamanı Elnur Məmmədov iki ölkə arasında əməkdaşlığı gücləndirmək və genişləndirmək məqsədilə dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

 

 

 

 

Nazir müavini E.Məmmədov, iki ölkə arasında mövcud olan iqtisadi münasibətlərə toxunaraq, Cənubi Koreyanın 77 investisiya şirkətinin ölkəmizdə qeydiyyatdan keçməsini qeyd edib, və Koreya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərində iştirak etmək niyyətini yüksək qiymətləndirib. Hazırda Azərbaycanın Koreya Respublikasının Cənubi Qafqaz regionunda ən böyük iqtisadi-ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb.

 

Nazir müavini qarşı tərəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalardan təmizləmə prosesi, ümumiyyətlə mina təhlükəsi, həmçinin erməni tərəfinin mina xəritələrini təqdim etməməsi, eləcə də Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə proses barədə ətraflı məlumat təqdim edib.

 

Görüşdə, Vətən müharibəsi sonrası işğaldan azad edilmiş ərazilərimizdə “Smart City” və “Smart Village”, o cümlədən “Yaşıl Enerji Zonaları” konsepsiyalarının həyata keçiriləcəyini nəzərə alaraq, Koreyanın qeyd olunan sahələrdə qabaqcıl təcrübə və texnologiyalarından faydalanma imkanlarında və həmin sahələrdə Koreya şirkətləri ilə birgə əməkdaşlıq perspektivlərinin nəzərdən keçirilməsində Azərbaycan tərəfinin maraqlı olduğu bildirilib.

 

 

 

 

 

Görüş zamanı, iki ölkənin bir neçə şəhərləri arasında münasibətlər haqqında sazişlərin və anlaşma memorandumlarının imzalanması barədə məlumat verilib. Xüsusilə, Şuşa və Andonq şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolunun ötən il imzalanması məmnunluqla xatırlanıb.

 

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no21923

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.