Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

“Şuşa Zəfər Layihəsi” təqdim olunub

“Şuşa Zəfər Layihəsi” təqdim olunub
REKLAM ALANI
04.11.2022
A+
A-

 

 

 

“Şuşa Zəfər Layihəsi” təqdim olunub

“Şuşa Zəfər Layihəsi” təqdim olunub

“Şuşa Zəfər Layihəsi” təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsi 8 Noyabr – Zəfər Günü münasibətilə “Şuşa Zəfər Layihəsi”ni təqdim edib.

Dövlət və hökumət nümayəndələrinin, millət vəkilləri və ziyalıların qatıldığı tədbirin iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra qonaqlara Azərbaycan Diasporuna Dəstək Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə dəstəyi ilə ərsəyə gələn, mədəniyyət paytaxtımız Şuşada həyata keçirilən “Şuşa Zəfər Layihəsi” barədə ətraflı məlumat verilib. Fondun icraçı direktoru Əkrəm Abdullayev bildirib ki, layihə “Şuşa ili” çərçivəsində və Zəfər Günü münasibətilə həyata keçirilib, onun təşəbbüskarı isə San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru, ABŞ-ın tanınmış universitetlərində ustad dərsləri keçən, Azərbaycan musiqisini və kamançanı xaricdə təbliğ edən İmamyar Həsənovdur. Layihədə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, Vasif Adıgözəlovun əsərlərinə və bir sıra milli musiqi kompozisiyalarına müraciət olunub, həmin əsərlər İ.Həsənovun məharətli ifası ilə təqdim olunub.

İmamyar Həsənov çıxışında xaricdə yaşayan azərbaycanlı musiqiçi kimi Azərbaycan dövlətinin dəstəyini həmişə üzərində hiss etdiyini bildirib və buna görə Prezident İlham Əliyevə təşəkkür edib. O, Şuşanın Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olduğunu və belə bir layihənin onun yaradıcılığında parlaq səhifəyə çevrildiyini qeyd edib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndəsi Elmira Fərzəliyeva Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna səmərəli əməkdaşlıq üçün minnətdarlıq edib.

Qonaqlar “Şuşa Zəfər Layihəsi” adlı musiqi albomunu izlədikdən sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Şuşa ili” çərçivəsində və Zəfər Günü münasibətilə dünya azərbaycanlılarının həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, dünya azərbaycanlıları hər zaman ölkəmizin və Ali Baş Komandanın yanındadırlar, beynəlxalq müstəvilərdə haqq səsimizin daha ucadan eşidilməsinə töhfələrini verirlər. “Xaricdə yaşayan azərbaycanlılar üçün əsas prinsip Azərbaycanın müstəqilliyidir. Müstəqilliyimizi isə nə sağdan, nə də soldan kimsə təhdid edə bilməz” – deyən Komitə sədri xaricdəki icmalarımızın uğurlu mədəniyyət layihələri barədə məlumat verib, İmamyar Həsənovun timsalında onların Qarabağla bağlı fəaliyyətlərini yüksək qiymətləndirib. Eyni zamanda komitənin layihələrinə hər zaman dəstək göstərən müvafiq dövlət qurumlarına və Heydər Əliyev Fonduna təşəkkür edib.

Milli Məclisin sədr müavini Fəzail İbrahimli 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun “Böyük Ermənistan” ideologiyasını darmadağın etdiyini deyib və bunun əhəmiyyətindən söz açıb.

Milli Məclisin deputatı, bəstəkar Novruz Aslan “Şuşa Zəfər Layihəsi”nin dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri, eləcə də zəngin mədəniyyətimizlə bağlı məlumatlandılrılması üçün əvəzsiz vasitə olduğunu vurğulayıb.

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İmamyar Həsənova yaradıcılıq uğurları arzulayıb.

Şuşanın Azərbaycan tarixindəki rolundan bəhs edən əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova qeyd edib ki, Azərbaycan musiqisi ölkəmizi dünyada tanıdan brendlərdən biridir.

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Vətən müharibəsindəki tarixi Zəfərin Azərbaycan xalqını birləşdirdiyini və Birinci Qarabağ müharibəsindəki şəhidlərimizin qisasının alınması ilə nəticələndiyini vurğulayıb.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev “Şuşa Zəfər Layihəsi”ni böyük mədəniyyət hadisəsi adlandırıb.

FOTO QALEREYA

Resim

 

Resim

Resim

 

Resim

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/susa-zefer-layihesi-teqdim-olunub-1824

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.