ABŞ-nin İllinoys ştatındakı Azərbaycan icması ilə görüş keçirilib
20 avqust, 2024
ABŞ-nin İllinoys ştatındakı Azərbaycan icması ilə görüş keçirilib
https://x.com/DiasporaAz/status/1825801643222331877
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-nin İllinoys ştatındakı Azərbaycan icması ilə görüşüb.
https://x.com/DiasporaAz/status/1825801643222331877
Azərbaycan Respublikasının və ABŞ-nin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə davam edib.
Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təsisçiləri Fərid Məmmədov və Mehriban Məmmədova iştirakçıları salamlayıb. Sonra Mehriban Məmmədova icmanın fəaliyyəti, görülən işlərin əhatə dairəsinin daha da genişlənməsi, ABŞ-də Azərbaycan icmasının nüfuzunun get-gedə artması və yumşaq gücə çevrilmə yolunda irəliləməsi barədə danışıb.
Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən diaspor siyasəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, Komitənin uğurla nəticələn irimiqyaslı layihələri, o cümlədən avqustun 1-dən 7-dək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin Laçında keçirilən və dünya azərbaycanlı gənclərinin böyük marağına səbəb olan V Yay Düşərgəsi haqqında ətraflı məlumat verib.
https://x.com/DiasporaAz/status/1825801643222331877
Görüşdə iştirak edən Türkiyənin Çikaqodakı Baş konsulu Engin Tures Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyini qeyd edib, hər zaman diasporumuzun yanında olduqlarını dilə gətirib.
Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansının rəhbəri Nərgiz Həbibova təşkilatın fəaliyyəti barədə məlumat verib, ABŞ-dəki tələbə gənclərin xüsusilə sosial media platformaları üzərindən şəbəkələşmə imkanlarından və təşkilatın hədəflərindən danışıb. Çıxışlarda Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin, regionda sülhün və barışın rəmzinə çevrilməsinin soydaşlarımızı qürurlandırması, Vətən naminə daha böyük işlər görməyə həvəsləndirməsi vurğulanıb. İcma üzvləri daha güclü diaspor formalaşdırmağın vacibliyindən, birlik mexanizmlərindən, beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətindən danışıb, gələcəkdə burada Azərbaycan Evinin açılması təklifi ilə çıxış ediblər. DİDK rəhbərliyi ilə vaxtaşırı görüşlərin keçirilməsinin və diaspor üzvləri ilə müzakirələrin aparılmasının icmalaşma prosesinə müsbət təsiri də xüsusi vurğulanıb.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini və diaspor hərəkatında koordinasiyalı işin mahiyyətini əks etdirən videoçarxlar nümayiş olunub, icma üzvlərini maraqlandıran suallara cavab verilib, perspektivlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir bədii hissə ilə yekunlaşıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1825801643222331877
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/abs-nin-illinoys-statindaki-azerbaycan-icmasi-ile-gorus-kecirilib-5019
https://x.com/DiasporaAz/status/1825801643222331877
ABŞ, ABŞ-nin İllinoys ştatındakı Azərbaycan icması ilə görüş keçirilib, Azerbaijan, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycan icması, Azərbaycan Respublikası, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Murad, Bakı, BAKÜ, Dəstək Fondu, Diaspor, Diaspora, Diaspora of the Republic of Azerbaijan, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, embassy, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, görüş keçirilib, he, ilə, İllinoys, İş üzrə Dövlət Komitəsi, Kомитет, Muradov, Öf, of t, Republic, Republic of Azerbaijan, sədri Fuad Muradov, State Committee on Work with, State Committee on Work with Diaspora of the Republic of Azerbaijan, ştatındakı, THE, Азербайджанской, Государственный, Государственный Kомитет по Работе с Диаспорой Азербайджанской Республики, диаспорой, по, работе, Республики», с
Врио главы Республики Коми Ростислав Гольдштейн избран секретарём реготделения «Единой России»
“Birleşik Rusya”, Sirius’taki Kongrede genç bilim adamlarına destek açısından ikinci derecedeki bölgeleri sundu
St.Petersburg Yasama Meclisi Başkanı Alexander Belsky, Birleşik Rusya’nın bölgesel şubesinin sekreteri seçildi
«Единая Россия» представила на Конгрессе в Сириусе второй рейтинг регионов по мерам поддержки молодых учёных
В Инзе Ульяновской области «Единая Россия» организовала встречу с Героем России
Дроны, автомобили, маскировочные сети: «Единая Россия» передала партию помощи за «ленточку»