Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşünə dair mətbuat məlumatı

Xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşünə dair mətbuat məlumatı
REKLAM ALANI
11.04.2024
A+
A-

No:154/24, Xarici işlər naziri Ceyhun Bayramovun Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib.

Görüş zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Qırğız Respublikası ilə ölkəmiz arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin günbəgün daha da güclənməsinin və məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Ölkələrimiz arasındakı fəal siyasi dialoqun ticarət-iqtisadi, humanitar, mədəni, təhsil və digər sahələrdə ikitərəfli uğurlu əməkdaşlığımızı şərtləndirdiyi diqqətə çatdırılıb.

Orta dəhlizin tranzit imkanlarından Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qırğızıstanın faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi qeyd olunub.

Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər platformalarda ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Türk Dövlətləri Təşkilatının bu ilin iyul ayında Şuşada, oktyabr ayında isə Qırğızıstanda keçiriləcək qeyri-rəsmi və rəsmi sammitlərin önəmi diqqətə çatdırılıb.

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə ölkəmizlə Qırğızıstan arasında fəal əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanlb.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə danışan Ceyhun Bayramov Ağdamın Xıdırlı kəndində orta məktəbin inşası qərarı ilə bağlı Qırğız Respublikasına təşəkkür edib.

 

 

 

 

Prezident Sadır Japarov son illər dövlətlərarası münasibətlərimizin daha da dərinləşdiyini və dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın fəaliyyətindən məmnun olduğunu bildirib.

Dinamik şəkildə inkişaf edən və möhkəmlənən ikitərəfli əlaqələrimizin parlamentlər, hökumətlər və sahə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə imkan yaratdığı vurğulanıb.

Tərəflər Qırğızıstan Prezidentinin ölkəmizə qarşıdan gələn səfəri ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no15424

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.