Marneulidəki “Azərbaycan Evi”ndə xalq şairi Zəlimxan Yaquba həsr olunmuş tədbir təşkil edilib

   Marneulidəki “Azərbaycan Evi”ndə xalq şairi Zəlimxan Yaquba həsr olunmuş tədbir təşkil edilib📌<a href="https://t.
Marneulidəki “Azərbaycan Evi”ndə xalq şairi Zəlimxan Yaquba həsr olunmuş tədbir təşkil edilib
Yayın: 27 Ocak 2024 KÜLTÜR SANAT Google News

 

 

 

 

Marneulidəki “Azərbaycan Evi”ndə xalq şairi Zəlimxan Yaquba həsr olunmuş tədbir təşkil edilib

, 2024

 

 

 

Marneulidəki “Azərbaycan Evi”ndə xalq şairi Zəlimxan Yaquba həsr olunmuş tədbir təşkil edilib

 

 

 

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə Azərbaycanın və türk dünyasının görkəmli şairi Zəlimxan Yaquba həsr olunmuş “Qəbirdə yatsam belə, həmişə həyatdayam” adlı tədbir keçirilib.

 

 

 

 

 

 

“Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə Marneuli və Bolnisi rayonlarının bələdiyyə məclis üzvləri, yerli ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər. Qonaqlar arasında Gürcüstan parlamentinin sabiq deputatı Mahir Bayramov, TİKA-nın Gürcüstan nümayəndəliyi rəhbərinin müavini Muhammed Emre Ezber də olublar.

 

 

 

 

Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov açaraq, şairin həyat və yaradıcılığı, Azərbaycan dövlətinin onun yaradıcılığını yüksək qiymətləndirdiyi, daim diqqət və qayğı ilə yanaşdığı barədə məlumat verib. Şairin yaradıcılığının Gürcüstan dövləti tərəfindən də yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

 

 

 

 

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Ramel Lətifov, Gürcüstan parlamentinin keçmiş deputatı, ictimai xadim Ramiz Bəkirov, Kvemo-Kartli bölgəsinin keçmiş qubernatoru, politoloq Levan Mamaladze, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyeva, Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadə, sabiq deputat, ictimai xadim Hidayət Huseynov çıxışlarında şairin Azərbaycan mədəniyyətinin inkişafında, dünyada tanıdılmasında və təbliğində rolundan danışıb, yaradıcılığını təhlil ediblər. Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə şairin “Şöhrət” ordeni, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə xalq şairi fəxri adı ilə təltif olunduğu vurğulanıb. Bildirilib ki, şairin anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına Mədəniyyət Evi və muzeyi yaradılacaq.

 

 

 

 

Tədbir Zəlimxan Yaqubun həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirilib.

Bədii hissədə aşıqların ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar təqdim olunub, məktəblilərin ifasında şeirlər səsləndirilib.

 

 

 

Xalq şairinin qardaşı Çingizxan Yaqubov tədbirin yüksək səviyyədə təşkilinə görə “Azərbaycan Evi”nə, şairin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

FOTO QALEREYA

 

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

DIGƏR XƏBƏRLƏR

 

kaynak:https://diaspor.gov.az/az/news-detail/marneulideki-azerbaycan-evi-nde-xalq-sairi-zelimxan-yaquba-hesr-olunmus-tedbir-teskil-edilib-4131

 

 

 

 

Son Güncelleme: 27 Ocak 2024