Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Sankt-Peterburqdakı soydaşlarımız yerli ictimaiyyəti birliyə və həmrəyliyə çağırıb

Sankt-Peterburqdakı soydaşlarımız yerli ictimaiyyəti birliyə və həmrəyliyə çağırıb
REKLAM ALANI
17.10.2023
A+
A-

 

 

 

 

Sankt-Peterburqdakı soydaşlarımız yerli ictimaiyyəti birliyə və həmrəyliyə çağırıb

, 2023

 

 

 

 

Sankt-Peterburqdakı soydaşlarımız yerli ictimaiyyəti birliyə və həmrəyliyə çağırıb

 

 

 

Rusiyanın Sankt-Peterburqda yaşayan Azərbaycan icması millətlərarası münasibətlərə və milli-mədəni müxtəlifliyə böyük zərbə vuracaq xoşagəlməz insidentlə bağlı şəhər ictimaiyyətinə müraciət edib.

 

 

 

 

“Sankt-Peterburq və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai birliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanlı Gənclər Birliyinin adından yayılmış bəyanatda bildirilib ki, soydaşlarımız Sankt-Peterburq şəhərinin günahsız sakinlərinə hücumda iştirak etməsi ilə bağlı videoları çəkilən gənclərin əməllərini qətiyyətlə hiddətlə pisləyir.

 

 

 

 

Bildirilib ki, həmin hərəkətlər dərin hiddət və narazılıq doğurur: “Bu gənclərin əməlləri dəyərlərimizə ziddir, nifrət doğurur, millətlərarası harmoniyanın əsaslarını sarsıdır”.

 

 

 

 

Nəzərə çatdırılıb ki, bu insident Sankt-Peterburqda və Leninqrad vilayətində millətlərarası münasibətlər üçün mümkün mənfi nəticələrlə bağlı narahatlıqları da artırıb. Çünki bu cür hərəkətlərin uzun müddət harmoniya şəraitində yaşayan müxtəlif mədəniyyətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın və tolerantlığın pozulmasına gətirib çıxarmasına yol vermək olmaz: “Şəhərimizin bütün vətəndaşlarını həmrəyliyə və əməkdaşlığa çağırırıq. Biz asayişi qorumalı, eyni zamanda cəmiyyətimizdə millətlərarası münasibətlərin möhkəmlənməsinə çalışmalıyıq”.

 

 

 

Azərbaycanlı Gənclər Birliyi şəhər ictimaiyyətini qanunlara əməl etməyə, həmrəyliyə və tolerantlığa çağırıb: “Biz ədalətə və qanuna inanırıq. Bildiyimiz kimi, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bu hadisə ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib. Bu, təqsirkarların müəyyən edilməsi və qanun qarşısında məsuliyyətə cəlb edilməsi istiqamətində mühüm addımdır. Ədalətin bərqərar olacağına və günahkarların məsuliyyətə cəlb ediləcəyi əminliyi ilə Sizə müraciət edirik. Bu cür insidentləri pisləyək, çoxmillətli və çoxkonfessiyalı gözəl şəhərimizdə sülh və əmin-amanlığı qoruyaq! Biz qanuna və insan həyatına hörmət etməyə, müxtəlif mədəniyyətlər və millətlər arasında həmrəyliyə və tolerantlığa çağırırıq”.

 

 

 

 

Qeyd edək ki, bəzi bloggerlərin məlumatlarında və “Telegram” kanallarında etnik azərbaycanlılardan ibarət quldur dəstəsinin yerli sakinlərə hücumlar etməsi, bu cinayətləri diasporun və polislərin ört-basdır etməsi barədə məlumatlar yayılıb. İnternetdə Sankt-Peterburqda yaşayan azərbaycanlıları yolverilməz üsullarla cəzalandırmağa dair qorxunc və təhlükəli çağırışlar yer alıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/sankt-peterbirqdaki-soydaslarimiz-yerli-ictimaiyyeti-birliye-ve-hemreyliye-cagirib-3683

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.